Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 20,681 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: “Xalq Həyat” yığmların artım dinamikasına görə bazarın - LİDER ŞİRKƏTİDİR
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin yanvar ayına nisbətən 9,8% çoxdur.
Ötən il qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 83 milyon 330 min manat təşkil edib. Bu isə illik müqayisədə 10,6% azdır.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,3 dəfə artaraq 28 milyon 744 min manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 94,7% artaraq 28 milyon 97 min manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar ayında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 139 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 33,7 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar ayında müvafiq olaraq 65,4 manat və 15,5 manat olub. (Renkinq)