Azərbaycanın sığorta bazarında tez bir zamanda müştərilərinin etibarını qazanmış “Xalq Həyat” sığorta şirkəti 2021-ci ilin yanvar üzrə yığımlarının həcmini açılayıb.
FED.az Azərbaycan Mərkəzi Bankın (AMB) rəsmi hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayı üzrə “Xalq Həyat”ın yığlmlarının həcmi 0,360 mln. manat təşkil edib. Şirkətin çevik və peşəkar komandasının uğurlu fəaliyyəti nəticəsində yığımların həcmi ötən ilin ilk ayı ilə müqayisədə 0,171 mln. manat və ya təxminən 2 dəfə artaraq 0,360 mln. manat həddini keçmişdir.
Qeyd edək ki, “Xalq Həyat” yığımların artım dinamikasına görə (yanvar 2020 - yanvar 2021 müqayisə) bazarın lider şirkətidir.
Xatırladaq ki, “Xalq Həyat” sığorta şirkəti bazara ən sərfəli şərtlərlə könüllü sığorta məhsulları təqdim edən həyat sığortası şirkətidir. Şirkət müştərilərə bu könüllü məhsulları təklif edir: “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”.
27 mart 2019-cu il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilib.