Oktyabrda Azərbaycanda avtomobillərin icbari sığortası üzrə 96 040 müqavilə bağlanıb.
İcbari Sığorta Bürosundan (İSB) FED.az-a verilən məlumata görə, bunlardan 14 199-u ölkəmizin ərazisindən keçən xarici maşınlar olub. Oktyabrda sığorta müqavilələri üzrə 7 635 989 manat sığorta haqqı ödənilib.
Ötən ilin oktyabrı ilə müqayisədə sığorta müqavilələrinin sayı 21%, sığorta haqlarının məbləği isə 16% artıb.
Qeyd edək ki, bu il noyabrın 1-dən etibarən avtomobillərin icbari sığortası üzrə müqavilələr elektron şəkildə bağlanır.
Hazırda avtomobilləri 13 şirkətdə icbari sığortalamaq olar. Bunlar “Atəşgah” Sığorta Şirkəti ASC, “Standard İnsurance” Sığorta Şirkəti ASC,
“AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC,
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İPƏK YOLU SIĞORTA” ASC,
“Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC-dir.
Azərbaycanda maşınını sığortalayanlar artıb
10:57
3 Noy 2017