Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 290,264 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: 2 sığorta şirkətinin yığımları - KƏSKİN AZALDI – SİYAHI - MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-sentyabr aylarına nisbətən 21,3% çoxdur.
Ötən 9 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 365,357 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 6,8% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 10,3% artaraq 205,151 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 38,2% artaraq 168,34 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-sentyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 70,7 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 46,1 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-sentyabr aylarında müvafiq olaraq 77,7 manat və 35,6 manat olub.