Azərbaycanın sığorta şirkətinin yanvar-sentyabr ayları üzrə göstəriciləri açıqlanıb.
Eləcə də bax: Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-SENTYABR,2021)
FED.az xəbər verir ki, hesabata əsasən ölkədəki 20 sığorta şirkətinin 6-da yığımlar azalıb, 14 sığorta şirkətində isə artım baş verib.
Sığorta haqlarının ən çox azaldığı şirkətlər «Azsığorta» ASC və «Meqa Sığorta» ASC-dir.
«Azsığorta»nın yığımları 35% azalaraq ötən ilin eyni dövründəki 12,9 milyon manatdan bu il 8,4 milyona düşüb. «Meqa Sığorta» ASC-nin yığımları isə 28% azalaraq ötən ilki 25,6 milyon manatdan bu il 18,5 milyon manata enib.
«A-Qrup» sığorta şirkətinin yığımları 37%-ə yaxın artaraq 7,6 milyon manatdan 10,4 milyona yüksəlib.
«Atəşgah Həyat Sığorta» şirkətinin yığımları isə 14% artaraq 31,2 milyon manatdan 35,7 milyon manat yüksəlib.
«Azərsığorta» Dövlət Sığorta şirkətinin yığımları isə 16%-dən çox artaraq 51,5 milyon manata yüksəlib