FED.az sığortası bazarında qiymətləri təqdim edir. Söhbət avtomobillərin standart könüllü sığortasından (kasko)gedir. Bazar üzrə kasko qiymətlərini müqayisə etmək üçün Bakıda sürücülər arasında məşhur olan avtomobil modellərindən biri- 2010-cu il model 90 min kilometr yürüş edən 2.0 l mühərrikli və bazar qiyməti 20 min manat olan “Hyundai Sonata” seçilib. Azadolma məbləği isə 100 manat qeyd edilib. Və bu avtomobil üzrə sığorta şirkətlərinin kasko qiymətləri müqayisə edilib. Araşdırma əsasında məlum olub ki, sadalanan avtomobil görə bazar üzrə kasko qiymətləri 450-889 manat arasında dəyişir.
“PAŞA sığorta”: “ Evakutorda daşınmaya görə də təminat veririk”
İlk olaraq “PAŞA Sığorta” şirkətinin standart kasko üzrə qiymətləri müəyyənləşdirilib. Şirkətdən verilən məlumata görə, 100 manat azadolma ilə bu avtomobili 560 manata kasko sığortalamaq olar. Üstəlik müştəriləri sığorta haqqını faizsiz 4 hissəyə bölməklə də aylıq ödəniş edə bilərlər. 4 halda sığorta şirkəti ödənişə təminat vermir: Qanunsuz idarəetmə (Məsələn, yalnız sürmək üçün verilən etibarnaməsi olan sürücünün avtomobili ayıq sürücüyə etibar etməsi), qəsdən qəza törədilməsi, hadisə yerindən yayınma və sürücünün alkaqol və narkotik vasitələr qəbul etdiyi hallar.
“PAŞA Sığorta” bildirir ki, digər sığorta şirkətlərindən fərqli olaraq avtomobilin evakutorda daşınması zamanı baş verən hadisələrə görə də təminat verilir.
“Meqa Sığorta”: “516 manata sığortalayırıq”
Eyni avtomobili “Meqa Sığorta” standard servislə 516 manata kasko sığorta edir. Şirkətdən bildirilib ki, rəsmi servis təminatı istehsal ili 2012-ci ildən yuxarı avtomobillərə verilir.
“A Qroup”: “Bir düyməni basmaqla təcili yardım və nümayəndəmizi çağırmaq olar”
“A Qroup Sığorta” şirkətində isə “Hyundai Sonata”nın sığortası servis seçimindən və detallara köhnəlmə əmsalının tətbiq edilməsindən aslı olaraq 560-640 manat arasında dəyişir. Maraqlı cəhət bundan ibarətdir ki, sığorta şirkəti müştərilərinə mobil aplikasiya təqdim edir. Bu proqram vasitəsilə qəza anında avtomobil sahibi sadəcə düyməni basmaqla sığorta şirkətinin əməkdaşlıq etdiyi klinikadan təcili tibbi yardım çağıra bilər və bu xidmət pulsuzdur. Eyni zamanda şirkətin nümayəndələri hadisə yerini müəyyən edib, dərhal həmin əraziyə yaxınlaşırlar.
“Atəşgah Sığorta”: “Rübdə bir dəfə ödənişə də razıyıq”
“Atəşgah Sığorta”da isə sığorta haqqını 4 hissəyə bölüb rübdə bir dəfə ödəmək mümkündür. Şirkətdən verilən məlumata görə, eyni avtomobili standard servis seçimi ilə nağd ödənişlə 585 manata, rübdə bir dəfə olmaqla 615-658 manata əldə etmək olar.
“AXA MBASK”: “Zəmanəti varsa, rəsmi servis təminatı veririk”
“AXA MBASK” sığorta şirkətindən isə bildirilib ki, 6 aya hissəli şəkildə bu avtomobilin kasko sığortası 889 manata başa gəlir. Avtomobilin zəmanəti varsa, mütləq rəsmi servis təminatı verilir.
“Rəvan Sığorta”: “Sürücünün günahı olmasa, franzişa tutmuruq”
“Rəvan Sığorta” şirkətində isə eyni avtomobilin sığortası 640 manata başa gəlir. Şirkətdən bildirilib ki, avtomobil sahibi qəzada günahkar deyilsə, azadolma məbləği çıxılmır.
“Bakı Sığorta”: “450-550 manata sığortalayırıq”
“Bakı Sığorta” bazar üzrə ən aşağı qiyməti təklif etsə də, servis seçimini öz üzərinə götürür. Şirkətdən verilən məlumata görə, sığorta haqqı 450-550 manat arasında dəyişir və ödəniş 6 ay ərzində hissəli ödənilə bilər.
“AtaSığorta”: “Hissəli ödəniş də təklif edirik”
“AtaSığorta” şirkətindən isə “Hyundai Sonata”nı 500 manata sığortaya biləcəklərini bildiriblər. Şirkət sığorta haqqını hissəli ödənişini təklif edir. Belə ki, kasko sığortası alan müştəri sığorta haqqının əvvəlcə 40%-ni, qalan hissəsi isə 2 ay ərzində ödəyə bilər.
“Xalq Sığorta”: “ Ödəniş bir gün geciksə, sığorta qüvvədən düşür”
“Ata Sığorta” ilə yanaşı, “Xalq Sığorta” da kasko sığortası üçün hissəli ödəniş təklif edir. Belə ki, 600 manatlıq sığorta haqqını 4 aya ödəmək mümkündür. Amma sığorta haqqının ödənişi bir gün geciksə, müqavilə qüvvədən düşür.
“Qala Sığorta”: “Eyni qiymətə 3 sığorta təklif edirik”
“Qala Sığorta” şirkəti isə eyni qiymətə 3 sığorta məhsulu təklif etdiyini bildirir. Məlumata görə, avtomobilin sığortası servis seçimindən aslı olaraq 600-695 manata başa gəlir. Amma şirkət kasko alanlara, fərdi qəza sığortası və 10 min manatlıq mülki məsuliyyətin könüllü sığortasını da hədiyyə edir.
Sığorta şirkətlərinin təklif etdiyi şərtlər və qiymətlər isə tam olaraq belədir:
“Zaman Broker”: “Kaskonu öz ölçünüzə uyğun də seçə bilərsiz”
Standart kasko məhsulu olmasa da çox maraqlı təkliflərdən biri “Zaman Broker”in məhsulu olan “Kasko Butik”lə bağlıdır. Şirkətdən verilən məlumata görə, statistika baş vermiş qəzalarda avtomobilə dəyən zərər 97 % hallarda 5000 manatı keçmədəyini göstərir. “Kasko Butik”in ana fəlsəfəsi də məhz buna dayanır. Avtomobilin bazar dəyərindən aslı olmayaraq “Kasko Butik” sürücülərə 4 seçim təklif edir. 222, 333, 444, 555 manat. Hər bir ölçünün sığorta məbləği isə sığorta haqqının 10 mislidir, 2222, 3333, 4444 və 5555 manat. Sığorta təminatlarına demək olar ki, bütün risklər daxildir. O cümlədən, taksi və evakuasiya xərcləri də “Kasko Butik” tərəfindən ödənilir. “Kasko Butik”in sığorta müqavilələrinə 1 sığorta şirkəti yox, 6 sığorta şirkəti birgə təminat verir. Sığorta şirkətlərinin təklif etdiyi şərtlər və qiymətlər isə tam olaraq belədir:
Sığorta şirkəti |
Sığorta haqqı |
Ödəniş forması |
Təminat |
Qeyd |
PAŞA Sığorta |
560 |
Birbaşa və 4 dəfəyə hissəli |
Standart servis |
Evakuatorda daşınmaya da təminat verilir |
Atəşgah |
626 |
birbaşa |
Rəsmi servis |
|
658,5 |
Rübdə bir dəfə (4 hissə)
|
|
||
615 |
Standart servis |
|
||
585 |
birbaşa |
|
||
Standard İnsurance |
770 |
Bir başa və 3 aya olmaqla hissəli |
Rəsmi servis |
Evakuator xidməti daxildir |
640 |
Standart servis |
|||
AXA MBASK |
889 |
6 aya hissəli |
|
zəmanəti olanlara rəsmi servis təminatı |
AzSığorta |
600 |
|
standart servis |
|
Meqa Sığorta |
516 manat |
Birbaşa və 4 dəfəyə hissəli |
Standart servis və yaxud ödəniş |
rəsmi servis 2012-dən yuxarı |
Rəvan Sığorta |
640 |
15-20% ilkin qalan hissə 8-12 aya |
Rəsmi servis |
Günah olmasa franşiza tutulmur və evakuasiya pulsuz |
Bakı Sığorta |
450-550 |
6 aya hissəli |
servisi şirkət seçir |
|
AtaSığorta |
500 |
40%ilkin ödəniş, qalan hissə 2 aya |
servisi şirkət seçir |
|
A Qroup Sığorta |
640 |
|
rəsmi |
Pulsuz təcili yardım |
560-600 |
|
standart |
||
Azərsığorta |
700 |
50% ilkin ödəniş, 50%- 4 ay sonra |
rəsmi |
|
Azərbaycan Sənaye Sığorta |
584- 600 |
2-8 aya hissəli |
standart servis /köhnə əmsalından aslı olaraq |
|
690-778 |
rəsmi servis /köhnə əmsalından aslı olaraq |
|||
Xalq Sığorta |
600 |
4 ay hissəli |
standard |
ödəniş bir gün geciksə sığorta qüvvədən düşür |
Qala Sığorta |
600 |
3 aya hissəli |
servisi şirkət seçir |
sərnişinlərin fərdi qəza sığortası və 10 min manatlıq m.m.k.s. |
695 |
servisi müştəri seçir |
|||
Günay Sığorta |
540 |
3 aya hissəli |
servisi şirkət seçir |
|
Amrah |
740 |
3 aya hissəli |
servisi şirkət seçir |
|
780 |
servisi müştəri seçir |
|
Şirkət |
Məhsul |
Sığorta haqqı/ AZN |
Təminat |
Qeyd |
Zaman Broker
|
Kasko Butik (6 sığorta şirkətinin təminatı ilə) |
222 |
2222 |
Taksi və evakuasiya xərcləri pulsuzdur |
333 |
3333 |
|||
444 |
4444 |
|||
555 |
5555
|
@fins