"Absheron Trending" MMC şirkətinə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib.
Hacıqabulda 3 milyon manata müəssisə tikiləcək – Polad şuruplar istehsal edəcək
FED.az xəbər verir ki, "Absheron Trending" məhəllə ərazisində 3 milyon manat investisiya yatıraraq parket, laminat və s. kimi müxtəlif növ taxta məhsulları istehsal edəcək.
2019-cu ildə dövlət qeydiyyatına alınmış "Absheron Trending" MMC-nin qanuni təmsilçisi Ağayev Kainat Tahir oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətələliyev, ev 50, m 49-dur.