Tikinti materiallarının istehsalı sahəsində 2022-ci il yanvar-avqust aylarında istehsalın ümumi dəyəri 712,9 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,7% artıb.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dövr ərzində tikinti gipsinin istehsalı 43,5%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 26,3%, asfaltın istehsalı 25,6%, hörmə üçün hazır beton qarışığının istehsalı 23,9%, tikinti əhənginin istehsalı isə 10,7% artıb.
Eləcə də bax: Azərbaycanda tikinti materialları altı ay ərzində 15 %-ə qədər - BAHALAŞIB
Tikinti materiallarının istehsalı sahəsində istehsal edilən əsas məhsullar:
Mәhsul növlәri |
2022-ci ilin yanvar-avqust aylarında istehsal edilib |
Әvvәlki ilin müvafiq ayına nisbәtәn, faizlә |
Sement, min ton |
2329,6 |
104,8 |
Tikinti gipsi, min ton |
27,4 |
143,5 |
ondan әmtәәlik |
- |
- |
Tikinti әhәngi, min ton |
26,8 |
110,7 |
Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton |
72,9 |
126,3 |
Betondan yığma tikinti konstruksiyaları, min kub metr |
30,3 |
66,2 |
Asfalt, min ton |
115,9 |
125,6 |
Tikinti kәrpici, min kubmetr |
410,7 |
104,8 |
Hörmә üçün hazır beton qarışığı, min ton |
2134,9 |
123,9 |
Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton |
20630,0 |
75,8 |
(Apa)