Tikinti materiallarının istehsalı sahəsində 2023-сü ilin yanvar ayında istehsalın ümumi dəyəri 60,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 20,7 faiz artıb.
Zəlzələdən sonra sement şirkətlərinin - SƏHMLƏRİ BAHALAŞIB - SİYAHI
FED.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, ay ərzində tikinti gipsinin istehsalı 2,8 dəfə, əhəng istehsalı 62,1 faiz, beton istehsalı 45,1 faiz, sement klinkerlərinin istehsalı isə 38,8 faiz artıb.
2023-cü ilin yanvar ayında Azərbaycanda 204,3 min ton sement istehsal edilib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% azdır.
Xatırladaq ki. 2022-ci ildə Azərbaycanda sement istehsalı 3,5% artaraq 3 milyon 558,1 min ton təşkil etmişdir. (Marja)