2023-cü ilin yanvar ayında Azərbaycanda 2.4 min ton qənd və şəkər tozu istehsal edilib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 65.7% çoxdur.
Azərbaycanın şəkər ixracı - KƏSKİN ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, fevralın 1-nə ölkədə 15 min ton hazır məhsul ehtiyyatı yaranıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Azərbaycan 4 milyon 773 min ABŞ dolları dəyərində 6 399 ton şəkər ixrac edib ki, şəkərin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfə, dəyəri isə 2.5 dəfə artıb.
Ötən il 1 ton şəkər xaricə $674-a satılırdısa, cari ildə bu məbləğ $72 artaraq $746-a çatıb.