˝Neftmaştəmir˝ ASC 2018-ci ili 90 min manat zərər ilə başa vurub. Halbuki, ASC 2017-ci ildə 48 min manat mənfəət əldə etmişdi.
FED.az ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il əsas əməliyyat gəliri 859 min manat təşkil edib. 2017-ci ildə əsas əməliyyat gəliri 932 min manat təşkil etmişdi.
31 dekabr 2018-ci il tarixində ˝Neftmaştəmir˝ 3 milyon 843 min manat cəmi aktivlərə malik olub. 2017-ci ilin sonunda ASC-nin cəmi aktivləri 3 milyon 66 min manat təşkil etmişdi.
˝Neftmaştəmir˝ maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə xidmətlər göstərir.
Eləcə də bax: SOCAR Türkiyədə yeni neft-kimya kompleksinin tikintisini tezləşdirə bilər©Marja