Çində son sutka ərzində koronavirusdan bir nəfər dünyasını dəyişib, 48 yeni yoluxma halı qeydə alınıb (hamısı xaricdən gələn şəxslərdir), 282 pasiyent sağalıb. FED.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Ümumilikdə Çində hazırda xaricdən gələn 771 şəxsdə infeksiyaya yoluxma aşkarlanıb, onlardan 18-i ağır vəziyyətdədir, 104 nəfər sağalıb, xaricdən ölkəyə gələnlər arasında ölən yoxdur.
Pandemiyanın ocağı - Hubey əyalətində, eləcə də Uhanda virusa yoluxma halı qeydə alınmayıb, 271 nəfər (269-u Uhanda) xəstəxanalardan evə buraxılıb, bir nəfər dünyasını dəyişib (Uhanda).
qafqazinfo