2023-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dövlət büdcəsindən 3 milyard manat vəsait ayrılması nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu barədə 2023-cü ilin dövlət büdcəsinin layihəsində nəzərdə tutulur.
Bu məbləğ 2022-ci ildəki vəsaitlə müqayisədə 330 milyon manat və ya 12,3% artıqdır.
Xatırladaq ki, 2022-ci ildə büdcədən bu sahəyə 2 milyard 670 milyon manat ayrılmışdı.