Azərbaycanda minimum əməkhaqqının artırılması nəticəsində qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqına yaxınlaşacaq.
FED.az xəbər verir ki, bu, Milli Məclisin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının artırılması barədə sərəncamına dair hazırladığı arayışda qeyd edilib.
Eləcə də bax: Nazir: "Özəl pensiya sistemi ilə bağlı heç bir - MƏHDUDİYYƏT YOXDUR"
Arayışa görə, minimum əməkhaqqının artımı əmək münasibətlərinin leqallaşdırılmasına sağlam təsir göstərəcək:
“Eyni zamanda, nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinə əsasən müxtəlif amillərə görə işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qadağan edilir.
Minimum əməkhaqqının artımı nəticəsində ölkədə vergi və sığorta yığımları 150-200 milyon manat artacaq".