“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 24,2 milyard manat vəsait sərf olunub.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 29-da Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans şərçivəsində sahibkarlarla aparılan müzakirələr zamanı deyib.
Nazir bildirib ki, proqram üzrə sahibkarlığın inkişafı üçün dövlət başçısı tərəfindən xeyli sayda sərəncamlar imzalanıb, onlara bir sıra güzəştlər tətbiq edilib.
Eləcə də bax: "16 mindən çox sahibkara 1 milyard manatdan çox güzəştli kredit verilib"
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində qeyri-neft sektorunda 8 faiz artım qeydə alınıb.
“2014-2018-ci illərdə görülən işlərin nəticəsi olaraq qeyri-neft sənayesində isə 32 faiz artım olub”, - deyə nazir əlavə edib.