Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və strukturlarında 5 xidmət təqdim edilməyəcək.
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında əksini tapıb.
ELƏCƏ DƏ BAX: Nazirlik və Komitədə bu işi görən strukturlar – LƏĞV EDİLƏCƏK
Fərmana əsasən qida təhlükəsizliyi ilə bağlı əməliyyatların qeydiyyatı, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və müvafiq dövlət reyestrindən çıxarışın (onun dublikatının) verilməsi, qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında dəyişiklik edilməsi, qida təhlükəsizliyi sertifikatının verilməsi, Avropa İttifaqının yeyinti məhsullarının idxalı ilə bağlı tələblərinin icrasını həyata keçirmək məqsədilə həmin ölkələrə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə müvafiq sənədlərin (məlumatların) verilməsi yalnız "ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
Nazirlər Kabineti Qida Təhlükəsizliyi Agentliyinin həmin xidmətlərini bilavasitə icra edən bölmələrinin ştat vahidlərinin ümumi say həddi daxilində Agentliyin işçilərinin ümumi say həddinin azaldılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
AQTA bu xidmətləri həyata keçirməyəcək – SİYAHI
19:10
18 Yan 2019