Azərbaycanın Qətərlə Türkiyə arasındakı tranzit sazişinə qoşulması təklif edilib.
ELƏCƏ DƏ BAX: Bakıdan Batumiyə yol çəkilir
Bu gün stanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasının nazirlər toplantısı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Qətər Dövlətinin iqtisadiyyat və kommersiya naziri Ali Bin Ahmed Al Kuşari ilə görüşüb. Görüşdə Azərbaycan-Qətər əlaqələri müzakirə olunub.
FED.az-ən məlumatına görə, S.Mehdiyev Azərbaycanla Qətər arasında gömrük sahəsində əlaqələrin inkişafından, əməkdaşlığın gələcək perspektivlərindən danışıb.
Komitə sədri Qətərin iqtisadiyyat və kommersiya nazirini Azərbaycana dəvət edib.
Qətərli nazir isə Qətər ilə Türkiyə arasındakı mövcud tranzit sazişinə Azərbaycanın da qoşulmasını təklif edib.
Azərbaycanın Qətərlə Türkiyəyə qoşulması – TƏKLİF EDİLİB
20:30
28 Noy 2018