Nazirlər Kabineti ““Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na dəyişikliklər edib.
ELƏCƏ DƏ BX: Meyvə-tərəvəz istehsalçıları sənəd ilə işləməli olacaq - “BU, QƏBULEDİLMƏZDİR”
FED.az-ın məlumatına görə, Qaydaların adı dəyişdirilib və ““Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” adlandırılıb.
Qüvvədə olan Qaydalara əsasən yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət nəzarəti orqanları (öz səlahiyyətləri daxilində Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi) yeyinti məhsulları sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən məhsulların keyfiyyət və təhlükəsizliyinə dair tələblərə, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarlıq-sanitariya və fitosanitar standartlara, norma, qayda və tələblərinə riayət edilməsinə nəzarəti həyata keçiriblər. Dəyişikliyə əsasən bundan sonra bu sahıdə yalnız bir orqan səlahiyyətli olacaq. Başqa sözlə, yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət nəzarəti orqanı - Qida Təhlükəsizliyi Agentliyi qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən məhsulların minimum keyfiyyət və təhlükəsizliyinə dair tələblərə, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərinə riayət edilməsinə nəzarəti həyata keçirəcək. Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarəti funksiyalarının həyata keçirilməsində digər orqanların iştirakına yol verilməyəcək.
Yeyinti məhsullarının keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında yeyinti məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun ilə müəyyən olunmuş qaydada həyata keçiriləcək.
Qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanı tərəfindən bu Qaydalara uyğun verilmiş qərar və tələbləri icra etmədikdə, mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacaqlar. Yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanının vəzifəli şəxsləri hərəkətlərinə, dövlət nəzarətini həyata keçirən orqan isə qəbul etdiyi qərarlara görə mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacaqlar. Yeyinti məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən dövlət orqanının qəbul etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər.
Yeyinti məhsullarına dövlət nəzarəti qaydası dəyişib – QƏRAR
07:35
20 Noy 2018