Azərbaycana idxal edilən toyuq ətinin (hissələrə ayrılmamış, təzə və ya soyudulmuş, hissələrə ayrılmamış, dondurulmuş, sümüklü, sümüksüz cəmdək hissələri, döş əti və onun parçaları, dondurulmuş cəmdək hissələri və ətin əlavə məhsulları) 1 kiloqramı üçün tətbiq edilən 1 dollar idxal gömrük rüsumunun müddəti 2019-cu il dekabrın 15-dək uzadılıb
ELƏCƏ DƏ BAX: Ərəb ölkələrinə toyuq ixrac edəcəyik
FED.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.
Bu müddət bu il noyabrın 1-də başa çatırdı.
İdxal edilən ev toyuqlarının və digər ev quşlarının 1000 ədədinə tətbiq edilən 100 dollar idxal gömrük rüsumunun bu il noyabrın 1-də bitən müddəti də 2019-cu il dekabrın 15-dək uzadılıb
Ölkəyə idxal edilən təzə və ya soyudulmuş tomatın 1 kiloqramına tətbiq edilən 0,8 dollar, soğanın 1 kiloqramına tətbiq edilən 0,6 dollar, xiyar və kornişonlar 1 kiloqramına tətbiq edilən 0,8 dollar, qabıqlı və qabığı təmizlənmiş meşə fındığının 1 kiloqramına tətbiq edilən 1,5 dollar, təzə və ya qurudulmuş üzümün 1 kiloqramına tətbiq edilən 0,4 dollar, alma, armud və xurmanın 1 kiloqramına tətbiq edilən 0,3 dollar, portağal şirələri (dondurulmamış, briks ədədi 20-dən çox olmayan, briks ədədi 20-dən çox olmayan ), limon şirəsi, tomat şirəsi, üzüm şirəsi və alma şirəsinin, o cümlədən meyvə və tərəvəz şirələri əsasında içkilərin 1 litri 0,7 dollardan az olmamaq şərtilə tətbiq edilən 15 faiz idxal gömrük rüsumunun bu il noyabrın 1-də bitən müddəti də 2019-cu il dekabrın 15-dək uzadılıb.
Toyuq və şirələrin idxal gömrük rüsumlarının müddəti - UZADILDI
02:54
8 Noy 2018