Prezident İlham Əliyev bu gün respublikanın bəzi şəhər və rayonlarının icra hakimiyyəti başçılarını dəyişib, yeni başçılar təyin edib. FED.az xəbər verir ki, prezidentin sərəncamı ilə İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy rayon icra hkimiyyətinin başçısı təyin edilib. İ.Mustafayev bu vəzifədə əvvəlki başçı Ramiz Yediyarovu əvəz edib.
Prezidentin digər sərəncamı ilə Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O bu vəzifədə Raqub Məmmədovu əvəzləyib. Qeyd edək ki, Vaqif Həsənov Bakının Xəzər Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini idi.
Bundan başqa, dövlət başçısının müvafiq sənəncamı ilə Mübariz Bayramov Mingəçevir şəhərinin icra hakimiyyəti başçısı vəzifəsindən azad edilərək Gəncənin icra hakimiyyətinin başçısı təyin edilib. O bu vəzifədə bir qədər əvvəl silahlı hücuma məruz qalan, hazırda isə müalicəsi davam edən Elmar Vəliyevi əvəz edib.
İki rayona yeni icra başçıları təyin olundu - SƏRƏNCAM
16:06
28 Avq 2018