FED.az xəbər verir ki, Kapital Bank namizədləri Yeni açılacaq Hava Limanı şöbəsi üçün Əməliyyatçı-Kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
• Müştərilərə xidmət
• Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən bank məhsullarının satışı
• Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu
• Ödəniş kartları üzrə əməliyyatların aparılması
• Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək
• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq
• Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s.
Eləcə də bax: "VTB Bank" işçi axtarır - VAKANSİYA
Tələblər
• Ali təhsil
• Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti
• Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışmaq bacarığı
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Gərgin iş qrafikində işləmək bacarığı
• Əla ünsiyyət bacarıqları
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
CV-lərinizi, mövzu hissəsində “Hava Limanı şöbəsi üçün Əməliyyatçı-Kassir” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.