Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Nuru Paşanın şəkilləri olan və Avropa Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxıldığını iddia edilən əskinazların əsl buraxılma səbəbi məlum olub.
FED.az xəbər verir ki, qeyd olunan əskinazlar Avropa Mərkəzi Bankına aid Fransada fəaliiyət göstərən "EBM Euro banknote memory" mətbəəsinə bağlı "Obertur" mətbəəsində çap olunub. Yəni əsil avro basıldığı mətbəədə və əsil avro əskinazının materialı ilə basılıb.
Lakin qeyd olunan əskinasların basılmasını gerçəkləşdirənlər - yəni layihə üzərində işləyib onu həyata keçirənlər Türkiyəli kolleksiyoner Ozgur Honça, Serhat Cemil Küçük ve tarixci-araşdırmaçı yazar Atilla Oraldır. Layihə tam hazır olduqdan sonra yuxarıda adı keçən mətbəə Avropa Mərkəzi Bankının lizenziyası ilə həmin xatirə pul nişanını çap edildiyi bildirilir.
M.Ə.Rəsulzadənin və Nuru Paşanın əks olunduğu avronun - BURAXILMA SƏBƏBİ MƏLUM OLUB
16:49
14 İyun 2019