Yaxın Şərq regionunda baş verən hadisələrlə əlaqədar bölgədə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində qalmış Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışı üçün Omanın Maskat şəhərindən Bakıya növbəti təxliyə reysi həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Maskat–Bakı marşrutu üzrə hərəkət edən "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Reyslə ümumilikdə 200-ə yaxın Azərbaycan vətəndaşı təhlükəsiz şəkildə ölkəyə qayıdıb.











