Dövlət Sərhəd Xidmətinə məxsus gəmi hərraca çıxarılır.
FED.az xəbər verir ki, söhbət 1969-cu il buraxılışlı “Point Brower D” markalı gəmidən gedir.
Məlumata görə gəmi S-104 dövlət nömrə nişanı ilə 230 000 manat start qiyməti ilə satışa təqdim olunacaq.
Hərrac tarixi 24 fevral 2026-cı il tarixində saat 10:00-dır.
Hərracda iştirak etmək istəyən şəxslər üçün tələb olunan 10 faiz beh məbləği 23 000 manat təşkil edir.










