Xəbər verdiyimiz kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərinin sürətli inkişafı təmin etmək məqsədilə yeni avtomobil yolunun tikintisinə başlayıb.
FED.az xəbər verir ki, bu layihə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metrostansiyasına birbaşa marşrut xəttinin yaradılmasını nəzərdə tutur.
Qeyd edək ki, yeni tikilən yol Kristal Abşeron tərəfindən inşa olunan “City Garden Narimanov”un yanından keçir və tuneldən yaşayış kompleksinə gediş-gəliş xətti verilir. Yeni magistral yaşayış kompleksinin yaxınlığından keçməklə, onun sakinlərinin şəhər daxilində daha rahat və daha sürətli gediş-gəlişini təmin edəcək.
Əlavə olara layihənin həyata keçirilməsi ilə Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və "Nərimanov" metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq.