Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni hava limanlarının inşa olunması ilə ölkənin təyyarə parkı genişləndiriləcək.
Eləcə də bax: Prezident “Boeing Commmercial Airplanes” şirkətinin prezidentini - Qəbul Edib
FED.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ-ın “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili ilə görüşdə deyib.
“İki gün bundan əvvəl yeni hava limanlarından birinin təməlini qoydum. Tikintisinə bir neçə ay bundan öncə başladığımız birinci hava limanı isə sentyabrda istismara veriləcək”, - dövlət başçısı əlavə edib. (Report)