Xəbər verildiyi kimi, Naxçıvanda hava şəraiti əlverişsiz olduğuna görə, Azərbaycan Hava Yollarının (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-251, J2-255 və J2-265 nömrəli reyslərinin uçuşu gecikir.
FED.az xəbər verir ki, ləngimənin səbəbi Naxçıvanda güclü duman olmasıdır.
AZAL-dan FED.az-a verilən məlumata görə, Bakıdan Naxçıvana yola düşməli olan və ləngiyən 2 reys – «J2-253» və «J2-251» reysləri birləşdirilib.
Qeyd edək ki, uçuşların təhlükəsizliyi AZAL üçün hər zaman ən yüksək prioritetdir.
AZAL-dan bildirilib ki, gecikmiş reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunur.
Həmin reyslərin uçuşu Naxçıvan hava limanında hava şəraitinin yaxşılaşmasından dərhal sonra həyata keçiriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.