“Körpü-Tunel-Tikinti” MMC-yə idarəçilik qaydaları əleyhinə olan ( Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi) inzibati xəta üzrə məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə görə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun icraatındadır.
Məhkəmə baxış iclası 7 avqust 2024-cü il, 10:25-ə təyin edilib.