“Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ -nə ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan (Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsi və ya pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə görə ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər 700-1000 manatadək məbləğdə, vəzifəli şəxslər 2500-3500 manatadək məbləğdə, hüquqi şəxslər 10-15 min manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 14.03.2023, saat 11:15-ə təyin edilib.