“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı 1 iyul 2026-cı il tarixində saat 10:00-da hərrac keçirəcək.
“Aqrarkredit” BOKT üç dayanacaq sahəsini cəmi 2.5 milyon manata satışa çıxardı
FED.az xəbər verir ki, hərraca cəmiyyətin balansında olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evi çıxarılacaq.
Ümumi sahəsi 529.3 kvadratmetr olan daşınmaz əmlakın start qiyməti 750 min manat, hərracda iştirak üçün tələb olunan beh məbləği isə 37.5 min manat müəyyən edilib.
Hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.
Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək istəyən şəxslərə balanssaxlayıcı təşkilat tərəfindən satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır. Əlaqəli şəxs: Seyidov Şahin (050-235-99-90)














