Azərbaycan Mərkəzi Bankı cari ilin iyun ayının 22-dən etibarən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən yeni inzibati binada fəaliyyətini davam etdirəcəkdir.
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - FOTOLAR
FED.az xəbər verir ki, həmin tarixdən etibarən Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binada bütün sənədlərin qəbulu dayandırılmaqla yeni ünvanda həyata keçirilməyə başlanacaqdır.
Məlumat üçün bildiririk ki, qeyd olunan yeni ünvan eyni zamanda Mərkəzi Bankın hüquqi ünvanı hesab olunur.

















