Ölkənin meqa tikinti layihəsi olan “Sea Breeze”də mənzil almağın alternativ yolları var. Bu yollardan biri də həyat sığorta şirkətləri ilə əməkdaşlıq çərçivəsində mənzilə sahib olmaqdır. Belə ki, ölkənin aparıcı həyat sığorta şirkətləri “Xalq Həyat Sığorta”, “Meqa Həyat Sığorta”, “PAŞA Həyat Sığorta” və “Atəşgah Həyat Sığorta” şirkətləri vasitəsi ilə mənzil sahibi olmaq daha asandır. Bu şirkətlərlə “Sea Breeze” arasında imzalanmış əməkdaşlıq müqavilələrinin şərtlərinə görə, “Həyatın Yaşam Sığortası” sinifi üzrə sığorta olunanlar ödədikləri sığorta haqqları ilə həm həyatlarını sığortalayırlar, həm də gələcəyinə yatırım etmiş olurlar. Sadə dildə desək “Həyatın Yaşam Sığortası”ndan istifadə edən şəxslər hər hansı bədbəxt hadisə zamanı sığorta ödənişi alır, amma hər hansı bir hadisə baş verməsə belə, həmin sığorta ödənişi vətəndaşın əvəzindən “Sea Breeze”də aldığı mənzilin ödənişi kimi həyata keçirilir.
Gəlin bu sərfəli təklifləri müştərilərə bu imkanları yaradan həyat sığortası şirkətlərinin əməkdaşlarının dilindən eşidək.
Bu imkanları yaradan şirkətlərdən biri “Xalq Həyat Sığorta” şirkətidir. Şirkət “Sea Breeze” ilə əməkdaşlıq edir və “Həyatın Yaşam Sığortası” məhsulun təqdim edir. Şirkətin satış departamentinin müdiri Şəhriyar Məcidov FED.AZ biznes və maliyyə xəbərləri portalına açıqlamasında bildirdi ki, bu anlaşma memorondumu əsasında “Xalq Həyat Sığorta” şirkətində “Həyatın Yaşam Sığortası”na qoşulan şəxslər üçün həm xüsusi endirimlər nəzərdə tutulur, həm də daha sərfli ödənişlərlə mənzilin alınması nəzərə alınır:“Konkret olaraq “Həyatın Yaşam Sığortası”na qoşulan müştəri qoşulduğu gündən etibarən “Sea Breeze” ilə müştəri arasında bağlanan müqaviləyə əsasən ilkin olaraq almaq istədiyi mənzilin 10%, 20% və 30% hissəsini ilkin olaraq ödəməklə yerdə qalan məbləği 36 ay müddətində vətəndaşın “Həyatın Yaşam Sığortası”nda yığılan vəsaiti “Sea Breeze”nin balansına keçir.
3 ilin sonunda müştərinin hesabına yığılan vəsait mənzilin qiymətindən az olarsa, yerdə qalan məbləği müştəri hissələrə bölməklə ipoteka qaydasında ödənişini edir. 3 il ərzində müştəri heç bir hissəli ödəniş etmir, ilkin ödəniş edir, 3 ilin sonunda “Həyatın Yaşam Sığortası”ndan alınan vəsait “Sea Brezze”ə köçürülür”.
“PAŞA Həyat Sığorta” şirkəti də müştərilərə mənzil almaq şəraitini yaradan şirkətlər sırasındadır. Şirkətdən bildirilib ki, “Sea Breeze” ilə əməkdaşlıq çərçivəsində müştərilərə mənzil əldə etməyin alternativ və daha rahat maliyyə həlli təqdim olunur. “Layihə çərçivəsində əsas məhsul “Həyatın Yaşam Sığortası”dır. Bu məhsul vasitəsilə müştərilər seçdikləri mənzili bu gün əldə edə, ödənişlərin əsas hissəsini isə müəyyən müddət ərzində yığım formasında tamamlayaraq mənzilin tam dəyərini ödəyə bilirlər. Layihənin üstünlükləri arasında cəmi 10%-dən başlayan ilkin ödəniş, 1 ildən 3 ilədək dəyişən ödəmə müddətləri, əlavə endirim imkanları, həmçinin “Sea Breeze” ərazisinə pulsuz giriş və sərbəst hərəkət imkanı yer alır.
Daha sadə dildə desək, müştəri əvvəlcə “Sea Breeze”də mənzil seçir və ilkin ödənişi həyata keçirir. Mənzilin qalan hissəsi isə “Həyatın Yaşam Sığortası” vasitəsilə formalaşdırılan yığım hesabına qarşılanır. Müddətin sonunda toplanmış vəsait mənzilin qalan hissəsinin ödənilməsinə yönəldilir.
“Meqa Həyat Sığorta” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Emil Ağabağırov da şirkətlə “Sea Breeze” arasında imzalanmış müqaviləni saytımıza şərh edib: O bildirib ki, hazırda “Sea Breeze” ilə layihə “Həyatın Yaşam Sığortası” məhsulu üzərindəndir. “Həyatın Yaşam Sığortası” 3 illik bağlanan bir müqavilədir: Məsələn, “X” şirkət ilə “Meqa Həya Sığorta” ilə müqavilə bağlanılır. Həmin şirkətin əməkdaşları “Həyatın Yaşam Sığorta”sına qoşulur. Onların maaşından hər ay 100 manat şirkətə ödənilir. 3 ilin sonunda şirkətə 3 min 600 manat ödəniş edilmiş olur. Bu sığortanın əsas mahiyyəti odur ki, həm üç il ərzində ölüm halından təminat verir, həm də 3 ilin sonunda heç bir hadisə baş verməsə belə, vətəndaşa qazandırır. Hadisə olmasa, 3 ilin sonunda “Meqa Həyat Sığorta” şirkəti vətəndaşın əvəzindən “Sea Breeze”yə 5 min manata yaxın önəniş edir. Hardasa 30% əlavə qazanc əldə edilir. 3 ilin sonunda vətəndaşın aldığı ödəniş vətəndaşın aldığı mənzilin ödənişindən çıxılır”.
“Atəşgah Həyat Sığorta” şirkətinin İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi Şəbnəm Həsənsoy da şirkətin “Sea Breeze” layihəsi çərçivəsində “Həyatın Yaşam Sığortası” məhsulunu təqdim etdiyini bildirib. “Bu məhsul müştərilərə həm uzunmüddətli maliyyə yığımının formalaşdırılması, həm də sığorta təminatından faydalanmaq imkanı yaradır. Məhsul fərdi şəxslərin gələcək maliyyə planlamasına dəstək göstərmək və ailələrinin maliyyə təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır. Bununla yanaşı, “Sea Breeze” layihəsinin müştərilərindən əlavə, şirkətimizin Həyatın Yaşam Sığortası üzrə sığortalanmış müştəriləri də sığorta müddətinin sonunda formalaşmış vəsaitlərini “Sea Breeze” layihəsinə yönləndirə bilirlər. Bu əməkdaşlıq çərçivəsində müştərilər “Sea Breeze” layihəsində təqdim olunan daşınmaz əmlak seçimlərindən yararlana bilərlər” - deyə, Ş.Həsənsoy qeyd edib.







![Ölkənin 4 aparıcı həyat sığortası şirkəti vasitəsi ilə “Sea Breeze”dən necə mənzil ala bilərik? – [red]ŞİRKƏTLƏRİN TƏKLİFİ[/red] | FED.az](upload/news/small/1588709.jpeg)
![Ölkənin 4 aparıcı həyat sığortası şirkəti vasitəsi ilə “Sea Breeze”dən necə mənzil ala bilərik? – [red]ŞİRKƏTLƏRİN TƏKLİFİ[/red] | FED.az](upload/news/small/92877.jpg)
![Ölkənin 4 aparıcı həyat sığortası şirkəti vasitəsi ilə “Sea Breeze”dən necə mənzil ala bilərik? – [red]ŞİRKƏTLƏRİN TƏKLİFİ[/red] | FED.az](upload/news/small/395517.jpg)
![Ölkənin 4 aparıcı həyat sığortası şirkəti vasitəsi ilə “Sea Breeze”dən necə mənzil ala bilərik? – [red]ŞİRKƏTLƏRİN TƏKLİFİ[/red] | FED.az](upload/news/small/2449311.jpg)
![Ölkənin 4 aparıcı həyat sığortası şirkəti vasitəsi ilə “Sea Breeze”dən necə mənzil ala bilərik? – [red]ŞİRKƏTLƏRİN TƏKLİFİ[/red] | FED.az](upload/news/small/545964.jpeg)
![Ölkənin 4 aparıcı həyat sığortası şirkəti vasitəsi ilə “Sea Breeze”dən necə mənzil ala bilərik? – [red]ŞİRKƏTLƏRİN TƏKLİFİ[/red] | FED.az](upload/news/small/1393853.jpg)









