Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən2025-ci ilin yanvar-may ayları ilə müqayisədə 2026-cı ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 6,3 faiz azalaraq 756,6 min nəfər olmuşdur.
Qəbələyə ən cox turist Hindistandan gəlib - RƏQƏMLƏR
FED.az xəbər verir ki, vətəndaşlarımızın 40,7 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz çox), 17,3 faizi Rusiya Federasiyasına (1,3 faiz az), 11,2 faizi Gürcüstana (4,4 faiz az), 7,1 faizi İrana (39,7 faiz az), 23,7 faizi isə digər ölkələrə (11,3 faiz az) getmişdir.
Gedənlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil etmişdir.















