“Göyçay Şərab” ASC-nin 2025-ci il üzrə maliyyə vəziyyəti məlum olub.
Agentlik “Abşeron Şərab 1” MMC-də yoxlama apardı - "SƏNƏDSİZ SPİRTƏ" GÖRƏ QEYDİYYATI LƏĞV EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin əsas əməliyyat gəlirləri 6 milyon 345 min manat və ya 40,6% azalaraq 9 milyon 259 min manata düşüb. Bu məbləğ 2024-cü ildə 15 milyon 604 min manat olmuşdu.
Satışın maya dəyəri üzrə xərclər 4 milyon 580 min manat olub ki, bu da, 2024-cü ildəki 9 milyon 429 min manatdan 4 milyon 489 min manat və ya 2,1 dəfə azdır. Şirkətin ümumi mənfəəti 3 milyon 833 min manat olub. Bu da, illik müqayisədə 2 milyon 342 min manat (37,9%) azalma deməkdir.
Hesabat dövründə ASC-nin sair əməliyyat gəlirləri 230,6 min manata bərabər olmaqla, illik 619,7 min manat (3,7 dəfə) azalma göstərib. Digər əməliyyat xərcləri 2 milyon 221 min manat (9,6 dəfə) azalaraq 258,9 min manata düşüb.
İstifadə edilmiş material ehtiyatlarının dəyəri 4 milyon 77 min manata (2 milyon 521 min manat / 38,2% az), işçi heyəti üzrə xərclər 533,6 min manata (182,3 min manat / 51,9% çox), amortizasiya xərcləri 943,6 min manata (186,9 min manat / 16,5% az) bərabər olub.
Ötən il şirkətin vergidən əvvəlki mənfəəti 3 milyon 663 min manat olub. Bu, 2024-cü ildəki 5 milyon 905 min manatdan 2 milyon 242 min manat və ya 38% azdır. Ödənilmiş mənfəət vergisinin həcmi 366,3 min manat təşkil edib ki, bu da, illik müqayisədə 118,5 min manat, yaxud da 24,4% azalma deməkdir.
Yekunda “Göyçay Şərab” ASC 2025-ci ili 3 milyon 297 min manat xalis mənfəətlə bağlayıb. Xalis mənfəət 2024-cü ilə nəzərən 2 milyon 124 min manat 39,2% azalıb. Xatırladaq ki, 2024-cü ildə şirkətin xalis mənfəəti 5 milyon 421 min manat olmuşdu.
2025-ci ilin sonunda ASC-nin cəmi aktivləri 16 milyon 897 min manat təşkil edib. Aktivlərin həcmi 2024-cü illə müqayisədə 4 milyon 58 min manat və ya 19,4% azalıb. Qeyd edək ki, 2024-cü ilin sonunda şirkətin aktivlərinin həcmi 20 milyon 955 min manat idi.
Azalam tempi özünü öhdəlkilərdə də göstərib, amma sürəti daha zəif olub. Belə ki, öhdəliklərin həcmi 2024-cü ildəki 15 milyon 184 min manatdan 15 milyon 110 min manata düşüb, - yəni 74 min manat (0,5%) azalıb.
Azalmalar şirkətin kapitalının əriməsinə səbəb olub. Ötən ilin sonunda ASC-nin cəmi kapitalı 4 milyon 75 min manat (3,4 dəfə) azalaraq 1 milyon 696 min manata düşüb. Kapitalın 46 min 248 min manatını nizamnamə kapitalı təşkil edir.








![Göycay şərabın satışları çöküb - [b]40% AŞAĞI DÜŞÜB - HESABAT[/b] | FED.az](upload/news/small/1306670.jpg)
![Göycay şərabın satışları çöküb - [b]40% AŞAĞI DÜŞÜB - HESABAT[/b] | FED.az](upload/news/small/3277160.jpeg)
![Göycay şərabın satışları çöküb - [b]40% AŞAĞI DÜŞÜB - HESABAT[/b] | FED.az](upload/news/small/3503719.jpeg)









