Əmlak Məsələləri DX barəsində idarəçilik qaydaları əleyhinə olan (İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməməsi) inzibati xəta üzrə cərimə edilə bilər.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə görə İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin icraatındadır