"Max Oilfield Services LTD" Şirkətinin Azərbaycandakı filialı barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
FED.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 8 fevral 2024-cü il, saat 14:50-yə təyin edilib.
Qeyd edək ki, bu filial 15 sentyabr 2021-ci ildə dövlət qeydiyyatına alınıb.
qanuni təmsilçisi Rzayev Orxan Yusif oğludur.
Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, AK.Həsən Əliyev ev.94K. ünvanıdır.
Qeyd edək ki, şirkəti neft və qaz sənayesinə xidmət göstərir.