Bu ilin 9 ayında ölkədə mədənçıxarma sənayesində qiymətli metal filizləri və konsentratlarının hasilatına dair göstəricilər açıqlanıb.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, ölkədə qızılın hasilatında azalma, gümüşdə artım qeydə alınıb.
Bu il yanvar-sentyabr aylarında 3 min 356,7 kq qızıl hasil olunub ki, bu ötən ilin anoloji dövrü ilə müqayisədə 1077,9 kq, yəni 24,3 faiz azdır. Bu ilin 9 ayında hasil olunan 1 856,1 kq gümüş isə ötən illə müqayisədə 6 dəfə çoxdur. Keçən il ölkədəki mədənlərdən 311,8 ki gümüş çıxarılıb.
Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkədə qızıl hasilatında 3,1 dəfə, gümüş hasilatında isə 14,1 faiz artım olmuşdu.