2023-cu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 4 milyard 6 milyon manat xərcləri isə 1 milyard 458 milyon manat təşkil edib.
Nazir: "Dövlət büdcəsinin gəlirlərinin 50%-i qeyri-neft sektorundan əldə edilib"
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ötən ilin eyni dövrü, yəni 2022-ci ilin yanvarı ilə müqayisədə büdcənin gəlirləri 46%, xərcləri isə 48% artıb.
Nəticədə dövlət büdcəsinin profisiti 2 milyard 549 milyon manat olub.
Qeyd edək ki, ilin əvvəlində, yəni hələ yanvar ayı başlamazdan əvvəl Azərbaycan büdcəsində 1 milyard 348 milyon manat artıqlıq yaranmışdı.