Vergi yığımı sahibkarın biznesinin uğurudur.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru" konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, vergi sisteminə bərabər yanaşma yoxdursa, bu, iqtisadiyyatın kökünü dağıdan yanaşmadır.
"2022-ci ilin ən əsas xüsusiyyəti budur ki, neft və qaz qiymətlərinin müsbət dinamikasına baxmayaraq dövlət büdcəsinin gəlirlərinin 50%-i qeyri-neft sektorundan əldə edilib. İkincisi, qeyri-neft ixracının artım trayektoriyasının davam etdirilməsidir. Biz hələ də istənilən mütləq rəqəmlərdən uzağıq. 3 mlrd. dollar rəqəmini keçmişik. Lakin bu bizim ümumi ixracımızla müqayisədə böyük rəqəm deyil. Eyni zamanda, biz dinamikaya baxdıqda 3 il öncə 1,7 milyard dollardan danışırdıq. Hədəfimiz yüksək templə davam etdirməkdir. Burdan xidmətlərin ixracına daha çox diqqət verməyimiz bizim müvafiq iqtisadi siyasətimizdə öz əksini tapır", - deyə Mikayıl Cabbarov əlavə edib. (Apa)