Vergi və gömrükdə şəffaflıq tam təmin edilib – AÇIQLAMA
20:4113 Fev 2019
“Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya hər şeydən əlavə vətəndaşları narahat edən problemləri ümumiləşdirib Komissiyanın gündəliyinə çıxarır”.
FED.az-ın məlumatına görə, bunu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov “Facebook” sosial şəbəkəsindəki hesabında canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, vergi və gömrük sahəsində, o cümlədən sahibkarlar üçün şəffaflıq tam təmin edilib: “Ümumilikdə, bu sahədə Azərbaycanda bir il ərzində xeyli irəliləyişlər əldə olunub”.