Venesuela ABŞ-ın «Citigroup» konqlomeratından götürdüyü kreditiqaytara bilmədiyinə görə, bank ölkənin girov qızılını satmaq niyyətindədir.
FED.az xəbər verir ki, söhbət bankdan götürülmüş 1,6 milyard dollarlıq kreditdən gedir.
Venesuela bu kreditin birinci hissəsini martın 11-də qaytarmalıydı.
Rəsmi Karakas bu krediti almaq üçün banka qızıl girovu təqdim etmişdi. İndi isə «Citigroup» həmin qızılı satmağa hazırlaşır.
Venesuela kreditini qaytara bilmir - XARİCDƏKİ QIZILINI SATACAQLAR
13:31
21 Mart 2019