Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
FED.az-ın məlumatına görə, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, habelə vəkilliyə qəbula dair son vəziyyət barədə iştirakçılara məlumat verib.
ELƏCƏ DƏ BAX: Əlilliyin müəyyənləşməsində yeni meyarlar tətbiq olunacaq – RƏSMİ
İclasda dövləti başçısının 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının 2019-cu il martın 1-dən 180 manat müəyyən edilməsi ilə əlaqədar vəkillərin üzvlük haqqının artması məsələsi müzakirə olunub. Qeyd edilib ki, Vəkillər Kollegiyasının 2004-cü il 4 noyabr tarixli təsis yığıncağının qərarına əsasən, vəkillərin üzvlük haqları minimum aylıq əməkhaqqının 40 faizi həcmində müəyyənləşdirilib. Beləliklə, yuxarıda qeyd olunan Sərəncama müvafiq olaraq, bu ilin martından etibarən vəkillərin ödəməli olduqları aylıq üzvlük haqqı 72 manat olmalıdır. Lakin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamına əsasən, regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması, yeni qəbul edilmiş və gələcəkdə qəbul edilməsi nəzərdə tutulan vəkillərimizin və hüquqşünaslarımızın həvəsləndirilməsi məqsədilə iclasda 2019-cu ilin martından etibarən regionlarda fəaliyyət göstərən vəkillər tərəfindən 50 manat, Kollegiyaya yeni qəbul olunmuş vəkillər üçün fəaliyyətlərinin ilk ilində 40 manat və Bakıda fəaliyyət göstərən vəkillər tərəfindən isə 60 manat məbləğində üzvlük haqqı ödənilməsi qərara alınıb. Qərarın icrası növbəti ilin eyni dövründə yenidən baxılmaq şərti ilə 1 il müddətinə müəyyənləşdirilib.
Vəkillər üçün yeni üzvlük haqqı müəyyənləşdi – MƏBLƏĞ

21:08
18 Fev 2019