Azərbaycan Respublikası Dövlət Neft Fondu iyun ayında valyuta hərraclarına çıxarılan dollar həcmini açıqlayıb.
FED.az-ın məlumatına görə, Fond tərəfindən valyuta hərraclarında 2020-ci ilin iyun ayı ərzində 373,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Eləcə də bax: May ayında hərracda - DOLLAR SATIŞI KƏSKİN AZALIB
Bu may ayı ilə müqayisədə 11,7% artıqdır.
Ümumilikdə bu ilin yanvar-iyun aylarında Neft Fondu (ARDNF) 4 010 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,2% çoxdur.
Bu il ərzində Neft Fondu tərəfindən valyuta hərraclarında
İyun ayı ərzində 373 milyon ABŞ dolları
may ayı ərzində 334 milyon ABŞ dolları
aprel ayı ərzində 531,1 milyon ABŞ dolları
mart ayı ərzində 1 928,3 milyon ABŞ dolları
fevral ayı ərzində 543,4 milyon ABŞ dolları məbləğində
yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.