Dövlət Neft Fondu may ayında valyuta hərraclarında satılan dolların həcmini açıqlayıb.
Eləcə də bax: Dövlət Neft Fondunun Fransadakı investisiya portfeli - AÇIQLANDI
FED.az xəbər verir ki, ötən ay hərraclarda 334 milyon dollar valyuta satılıb. Bu aprelə müqayisədə 37% azdır.
Ümumilikdə bu ilin yanvar-may aylarında Neft Fondu (ARDNF) 3 637 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,2% çoxdur.
Bu il ərzində Neft Fondu tərəfindən valyuta hərraclarında
may ayı ərzində 334 milyon ABŞ dolları
aprel ayı ərzində 531,1 milyon ABŞ dolları
mart ayı ərzində 1 928,3 milyon ABŞ dolları
fevral ayı ərzində 543,4 milyon ABŞ dolları məbləğində
yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.