Mərkəzi Bank 2018-ci ilin ötən dövrü ərzində 2 dəfə faiz endirməsinə (uçot dərəcəsi 15%-dən 11%-ə düşüb), kommersiya banklarının əmanətlər üzrə faizləri aşağı salmalarına baxmayaraq Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlər üçün faizin yuxarı həddini dəyişmir.
Adətən Azərbaycanda Mərkəzi Bankı faiz endirdikdən sonra Fond da faizi azaldırdı. İndi isə bu hal müşahidə olunmur.
Əmanətlərin Sığortalanması Fondundan bildirildi ki, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Əmanətlər Səğortalanması Fondunun Himayəçilik Şurası Maliyyə bazarlarına nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir.
"Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi Himayəçilik Şurasında müzakirə edilməyib".
Qeyd edək ki, 02 mart 2016-cı il tarixindən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır.