Banklararası Kart Mərkəzi (BKM) 14 fevralda kartla edilən ödənişlərin məbləğini açıqlayıb.
FED.az türk mediasına istinadən xəbər verir ki, bu ilin 14 fevralında qeyd edilən Sevgililər Günü kartla edilən ödənişlərin məbləği 2,5 milyard lirə olub. Son beş ildə 14 Fevral sevgililər günündə kartla edilən ödənişlərin məbləği uyğun olaraq 1,3 milyard lirə, 1 milyard lirə, 1,9 milyard lirə, 2,2 milyard lirə və 2,5 milyard lirə təşkil edib. Başqa sözlə bu il karta edilən ödənişlərin məbləği son 5 ildə ən yüksək həddə çatıb.
Fevral ayının ilk həftələri ilə müqayisədə 8-14 fevral tarixlərində ticarətdə ən böyük artım zərgərlik sektorunda olub. Bu sektorda artım 57% təşkil edib. 2-ci yerdə 13% artımla elektron əşyalar, 3-cü yerdə isə sağlamlıq/kosmetika sektoru gəlir. Bu sahələrdə xərclənən orta məbləğ uyğun olaraq 798 lirə, 377 lirə və 132 lirə olub.
14 fevralda ən çox alış-veriş saat 18:00-19:00 aralığında baş tutub.
Ən çox tələbat olan zərgərlik, elektron əşyalar və sağlamlıq məhsulları/kosmetik sektorları üzrə edilən alış-verişin 24% onlayn həyata keçirilib. Ötən il bu göstərici 19% idi.