Türkiyədə ABŞ dollarının məzənnəsi kəskin artıb.
FED.az xəbər verir ki, günə 5,46 lirə məzənnəsi ilə başlayan dollar günün sonuna 5,84 lirəyə yüksəlib, sonra isə 5,78 lirə həddində sabitləşib. Gün ərzində ABŞ valyutası 7% bahalaşıb.
Dollarla yanaşı, avronun məzənnəsi də artıb. Günə 6,22 lirə məzənnəsi ilə başlayan avro günün sonunda 6,60 lirəyə yüksəlib, sonra 6,54 lirədə sabitləşib. Gün ərzində avronun məzənnəsi lirə qarşısında 6,1% bahalaşıb.
Dollar və avronun bahalaşmasının səbəbi ABŞ prezidenti Trampın Qolan təpələri ilə bağlı tviti və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın bu tvitə cavab olaraq kəskin bəyanatıdır.
Türkiyədə dollar 7% bahalaşdı – SON MƏZƏNNƏ
01:57
23 Mart 2019