Yanvarda banklarda fiziki şəxslərin depozitləri 289 milyon manat azalıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Paltasının statistikasına istinadən xəbər verir ki, fiziki şəxslərin depozitləri 2018-ci ilin sonunda 8 milyard 269.7 milyon manat ikən, yanvarın sonunda 7 milyard 980.7 milyon manata düşüb.
Yanvarda müddətli depozitlər 21,1 milyon manat artaraq 5 milyard 500.1 milyon manata qalxıb, tələbli depozitlər isə 310,1 milyon manat azalaraq 2 milyard 480.6 milyon manata düşüb. Müddətli depozitlərin artması banklarda əhalinin əmanətlərinin artdığına işarədir.
Yanvarda hüquqi şəxslərin depozitləri isə 255,2 milyon manat artaraq 10 milyard 566.7 milyon manata yüksəlib.
(mln. manatla)
|  | 31.12.2018 | 31.01.2019 | 
| 1.Depozitlər (maliyyə institutları istisna olmaqla) | 18,581.2 | 18,547.4 | 
| 1.1 Fiziki şəxslərin depoziti | 8,269.7 | 7,980.7 | 
| 1.1.1 müddətli | 5,479.0 | 5,500.1 | 
| 1.1.2 tələbli | 2,790.7 | 2,480.6 | 
| 1.2 Hüquqi şəxslərin depoziti | 10,311.5 | 10,566.7 | 
| 1.2.1 müddətli | 1,449.7 | 1,756.9 | 
| 1.2.2 tələbli, o cümlədən | 8,861.8 | 8,809.8 | 
| - sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri | 105.7 | 95.2 | 
©Marja


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








