“Azərbaycanda istənilən sahibkar istənilən fəaliyyət növü ilə məşğul ola bilər”.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.
"Lisenziya alınması ilə bağlı proses elektronlaşdırılıb. Son 3 il ərzində sahibkarlara elektron qaydada 5 mindən çox lisenziya verilib. Bu sahədə hər hansı bir çətinliklə rastlaşmırıq”, - deyə nazir qeyd edib.