Repetitorlar nə qədər vergi ödəməlidir? FED.az xəbər verir ki, bu suala aydınlıq gətirən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, Vergi Məcəlləsinin 218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.
Misal – 1. Kimya fənni üzrə repetitor ayda 100 manat olmaqla, bir şagirdi kimya fəndindən hazırlaşdırır. Belə olan halda, şagird vergi ödəyici olmdığın görə yəni əhali kateqoriyaına aid olduğuna görə, o gəlirindən 2 faiz vergi verməlidir.
100 * 2% = 2 manat vergi ödəyəcək.
Eləcə də bax: Ötən ay Azərbaycanda 0,7% inflyasiya qeydə alınıb
Kimya fənni üzrə repetitor özəl kurslarda xidməti müqavilə ilə çalışır. Belə olan halda gəlirin 20 faizndən gəlir vergisi ödəməlidir. Vergi Məcəlləsinin 102.1.30. maddəsinəə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi güzəşt edilir.
Misal – 2. 1000 manatlıq xidməti müqavilə bağlayıb və 1000 manatda gəlir əldə edib. 300 manat Vergi Məcəlləsinin 108 maddəsinə əsasən gəlirdən çıxılan xərcdir. 1000 (gəlir) – 300 (xərc) = 700 manat *75% (güzəşt) = 525 manat güzəşt. 700 – 525 (güzəşt) = 175 manat * 20% (gəlir vergisi) = 35 manat vergi ödəyəcək.